Masallıda keçmiş məhkumda tapança aşkarlanıb

Masallıda keçmiş məhkumda tapança aşkarlanıb

Masallıda keçmiş məhkumda tapança aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Birxeber.Az-nın cənub bürosuna verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ və narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Ramil Şiriyev Ərkivan qəsəbəsi ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan "Makarov" modelli tapança və həmin silaha aid 8 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.