Səudiyyəli sərmayəçilər “Roma”nı 900 milyon avroya almaq niyyətindədirlər

Səudiyyəli sərmayəçilər “Roma”nı 900 milyon avroya almaq niyyətindədirlər

Səudiyyə Ərəbistanından olan sərmayəçilər İtaliyanın “Roma” futbol klubunu satın almaq istəyirlər.

“Birxeber.Az”un “La Repubblica”ya istinadən verdiyi məlumata görə, artıq tərəflər arasında danışıqlar başlayıb, paytaxt təmsilçisinin hüquq departamentinin rəhbəri Ər-Riyaddadır.

Səudiyyəli investorlar klub üçün 900 milyon avro təklif etməyə, həmçinin yeni stadionun tikintisi üçün daha 300 milyon avro ayırmağa hazırdırlar. Bununla belə, arena layihəsi Roma hakimiyyətinin təsdiqini tələb edir.

Qeyd edək ki, “Roma”nın potensial sahiblərindən biri “Nyukasl”ın sahibi olan Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondu (PIF) ola bilər.

Xatırladaq ki, ötən yay romalıların sahibi Dan Fridkin klubu 1 milyard avroya satmaqdan imtina etmişdi.

Bu mövsüm A Seriyasında 23 turdan sonra “Roma” 38 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Klub avrokuboklarda da iştirakını davam etdirir. Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Daniele De Rossinin yetirmələri Niderlandın “Feyenoord” klubu ilə qarşılaşacaq.