Havay adaları yaxınlığında 6,3 maqnitudalı zəlzələ olub

Havay adaları yaxınlığında 6,3 maqnitudalı zəlzələ olub

Havay adaları yaxınlığında 6,3 maqnitudalı zəlzələ olub.

Birxeber.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 43 minə yaxın insanın yaşadığı Hilo şəhərindən 90 km cənubda yerləşib.

Zəlzələ ocağı yerin 10 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi elan olunmayıb.