Yunanıstanlı deputat AŞPA prezidenti seçilib

Yunanıstanlı deputat AŞPA prezidenti seçilib

Teodoros Rosopulos (Theodoros Rousopoulos) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.

"Report"un yerli bürosu xəbər verir ki, Yunanıstandan olan deputat AŞPA-nın qış sessiyası zamanı qurumun prezidenti vəzifəsini icra edəcək.

Qeyd edək ki, yunan jurnalisti və siyasətçisi T.Rosopulos 2004-cü ildən 2008-ci ilin noyabrına qədər Konstantinos Karamanlis hökumətinin mətbuat katibi və informasiya və kommunikasiyaya məsələləri üzrə dövlət naziri olub.

O 2008-ci ildə Vatopedi maliyyə qalmaqalına görə istefaya getməyə məcbur olub.