Vilayət Eyvazov sıra baxışı keçirib - FOTO

Vilayət Eyvazov sıra baxışı keçirib - FOTO

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 22-də Gəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul və sıra baxışı keçirib.

Bu barədə Birxeber-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir əvvəlcə Gəncə şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.

Sonra Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Göygöl, Samux, Kəlbəcər, Daşkəsən, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Şəmkir şəhər və rayonlarından qəbula gələn vətəndaşların müraciətlərini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, dövlət qurumlarının rəhbərləri tərəfindən ərizə və müraciətlərinə operativ yanaşılmasına görə Prezidentə minnətdarlıq ediblər.

Daha sonra V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 394 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 68-i Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailələrinin üzvləri olublar.

Sonda daxili işlər naziri qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha effektiv tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.

Birxeber
SİYASƏT SİYASƏT
Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Bakıda görüşəcək

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Bakıda görüşəcək

SİYASƏT SİYASƏT
Şahin Mustafayev İranın energetika naziri ilə görüşdü - FOTO

Şahin Mustafayev İranın energetika naziri ilə görüşdü - FOTO

SİYASƏT SİYASƏT
Ərdoğanla Merkel görüşdü: "Fərqli düşüncələrimiz ola bilər, ancaq..."

Ərdoğanla Merkel görüşdü: "Fərqli düşüncələrimiz ola bilər, ancaq..."

SİYASƏT SİYASƏT
Prezident Türkiyə ilə Birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edib

Prezident Türkiyə ilə Birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edib

SİYASƏT SİYASƏT
Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşdi

Azərbaycanla Ermənistanın dövlət sərhədindəki buraxılış məntəqələri müəyyənləşdi

SİYASƏT SİYASƏT
Vətən müharibəsinin 18-ci günü: Füzuli və Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Vətən müharibəsinin 18-ci günü: Füzuli və Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

SİYASƏT SİYASƏT
Bakıda NATO-nun təlim kursu keçirilib

Bakıda NATO-nun təlim kursu keçirilib

SİYASƏT SİYASƏT
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub - YENİLƏNİB

İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub - YENİLƏNİB

SİYASƏT SİYASƏT
Prezidentin köməkçisi: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”

Prezidentin köməkçisi: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”

SİYASƏT SİYASƏT
Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimlərə qatılacaq

Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimlərə qatılacaq

SİYASƏT SİYASƏT
NATO Azərbaycan və Ermənistan arasında əlaqələrin nomallaşmasını dəstəkləyir

NATO Azərbaycan və Ermənistan arasında əlaqələrin nomallaşmasını dəstəkləyir

SİYASƏT SİYASƏT
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb - FOTO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb - FOTO