“12-ci imam”ı 12 il həbs gözləyir

“12-ci imam”ı 12 il həbs gözləyir

Özünü 12-ci imam kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Növbəti proses sentyabrın 27-də davam etdiriləcək.

Xatırladaq ki, "ŞaurmaN1" restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.

Maraqlıdır, vətəndaşların külli miqdarda pulunu mənimsəyən və 1 ildir məhkəməsi davam edən Aqil Babayevi hansı cəza gözləyir?

Birxeber xıbır verir ki, Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevnin “mizim.media”ya dediyinə görə, Aqil Babayev qeyd olunan zərəri ödəməsə, həmin maddə ilə onu ən aşağısı onu 12 il həbs gözləyir:

"Əgər zərəri və hökumətin nəzərdə tutulmuş ödənişlərini ödəsə, cəzası azala bilər. Hətta hissəli də ödəsə, o mütləq həbs olunacaq. Çünki məbləğ külli miqdardadır və dəfələrlə baş verib.

Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, ona ən azı 10 il həbs cəzası kəsilə bilər. Onu da deyim ki, Aqil Babayev özünü vəzifəli şəxs kimi təqdim edib, hansısa vəd versə idi, o zaman əlavə maddə ilə ittiham nəzərdə tutulardı.

12-ci imam səlahiyyətini mənimsəmək mümkün deyil deyə, çox güman ki, ali maddə olmayacaq və məhkəmə ittiham çərçivəsində işə baxacaq", - deyə vəkil əlavə edib.

Birxeber
HADİSƏ HADİSƏ
Bakıda avtomobillər toqquşub, ölən var

Bakıda avtomobillər toqquşub, ölən var

HADİSƏ HADİSƏ
Zərərçəkmiş: "Özünü imam Mehdi kimi təqdim edən şəxsə hər ay 200 manat zəkat vermişəm"

Zərərçəkmiş: "Özünü imam Mehdi kimi təqdim edən şəxsə hər ay 200 manat zəkat vermişəm"

HADİSƏ HADİSƏ
Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

HADİSƏ HADİSƏ
Bakıda kafedə partlayış olub

Bakıda kafedə partlayış olub

HADİSƏ HADİSƏ
Bakıda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürüb.

Bakıda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürüb.

HADİSƏ HADİSƏ
Şirvanda vətəndaşların 54 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs həbs edilib

Şirvanda vətəndaşların 54 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs həbs edilib

HADİSƏ HADİSƏ
Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

HADİSƏ HADİSƏ
Xaçmazda avtomobil at sürən kişini vuraraq öldürüb

Xaçmazda avtomobil at sürən kişini vuraraq öldürüb

HADİSƏ HADİSƏ
Kürdəmirdə yolu keçən piyadanı avtomobil vuraraq öldürüb

Kürdəmirdə yolu keçən piyadanı avtomobil vuraraq öldürüb

HADİSƏ HADİSƏ
Bakıda qadın qatarın altında qalaraq ölüb

Bakıda qadın qatarın altında qalaraq ölüb

HADİSƏ HADİSƏ
Novxanıda "KİA" yanıb, xəsarət alan var

Novxanıda "KİA" yanıb, xəsarət alan var

HADİSƏ HADİSƏ
Naxçıvanda evdən və kafedən oğurluq olub

Naxçıvanda evdən və kafedən oğurluq olub