Azərbaycandakı ağır qəza ilə bağlı YENİ MƏLUMAT - YENİLƏNİB

Azərbaycandakı ağır qəza ilə bağlı YENİ MƏLUMAT - YENİLƏNİB

Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 14 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasında aparılır.

Bu barədə Birxeber-ə TƏBİB-dən bildirilib.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır.

Xəsarət alan şəxslərin müalicələri tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində aparılır. Onlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.

Xəstəxanaya yerləşdirilən 2 nəfər isə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə təxliyyə edilir.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

***20:55

Baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən Birxeber-in sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib.

Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.

Xatırladaq ki, Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində, Şabran rayonundan keçən hissədə qeydə alınıb.

10 0F 572 nömrəli "Mercedes" markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan 77 BC 230 dövlət qeydiyyat nişanlı "Chevrolete" markalı avtomobili ötmək istəyərkən toqquşub.

Hadisə nəticəsində mikroavtobus sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Birxeber
HADİSƏ HADİSƏ
Xaçmazda 58 yaşlı kişi qonaq getdiyi evdə ölüb

Xaçmazda 58 yaşlı kişi qonaq getdiyi evdə ölüb

HADİSƏ HADİSƏ
Göyçayda qasırğa evlərin damını uçurub, ağacları aşırıb, elektrik naqillərini qırıb

Göyçayda qasırğa evlərin damını uçurub, ağacları aşırıb, elektrik naqillərini qırıb

HADİSƏ HADİSƏ
Sumqayıtda mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb - YENİLƏNİB

Sumqayıtda mikroavtobusla yük maşını toqquşub, 15 nəfər xəsarət alıb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Yasamalda arvadına çoxsaylı bıçaq xəsarətləri yetirən şəxs tutulub - RƏSMİ

Yasamalda arvadına çoxsaylı bıçaq xəsarətləri yetirən şəxs tutulub - RƏSMİ

HADİSƏ HADİSƏ
82 yaşlı qadın “ARB” telekanalına gedib geri qayıtmayıb: POLİS ONU AXTARIR

82 yaşlı qadın “ARB” telekanalına gedib geri qayıtmayıb: POLİS ONU AXTARIR

HADİSƏ HADİSƏ
Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılıb

Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər saxlanılıb

HADİSƏ HADİSƏ
Azərbaycandan İrana qanunsuz keçmək istəyən Şri-Lanka vətəndaşları saxlanılıb

Azərbaycandan İrana qanunsuz keçmək istəyən Şri-Lanka vətəndaşları saxlanılıb

HADİSƏ HADİSƏ
Azyaşlıları küçə ticarətinə cəlb edən şəxs həbs olunub

Azyaşlıları küçə ticarətinə cəlb edən şəxs həbs olunub

HADİSƏ HADİSƏ
Şərur və Kəngərlidə qadağan edilmiş tütün məmulatları aşkarlanıb

Şərur və Kəngərlidə qadağan edilmiş tütün məmulatları aşkarlanıb

HADİSƏ HADİSƏ
Gəncədə iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

HADİSƏ HADİSƏ
Goranboy sakinində avtomat və narkotik aşkarlanıb

Goranboy sakinində avtomat və narkotik aşkarlanıb

HADİSƏ HADİSƏ
Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var