Moldova Aİ-yə üzvlüyün texniki mərhələsinə başlayıb

Moldova Aİ-yə üzvlüyün texniki mərhələsinə başlayıb

Moldova Avropa İttifaqına (Aİ) daxil olmağın texniki mərhələsinə başlayıb.

“Birxeber.Az” Moldova KİV-inə istinadən xəbər verir ki, bu barədə Moldova baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova bildirib.

“Fevralın 7-də biz Moldovanın Aİ-yə daxil olması ilə bağlı texniki işlərin birinci mərhələsinə qədəm qoyduq. Ölkəmizin müasir tarixində Aİ ilə ən dərin və ən yaxın əlaqələrimiz var”, - o deyib.

Moldovalı diplomat qeyd edib ki, birinci mərhələdə milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsi aparılıb.