Çində Yaşıl Əjdaha ili başlayıb

Çində Yaşıl Əjdaha ili başlayıb

Çində fevralın 10-na keçən gecə Ay təqvimi üzrə Yeni il başlayıb.

“Birxeber.Az” xəbər verir ki, Qara Su Dovşanı ilini Yaşıl Taxta Əjdaha ili əvəz edib.

Bürcün atributları Çin xronologiyasının tsiklik sistemi ilə əlaqələndirilir, burada ilin simvolu bu və ya digər əsas elementə (od, su, ağac, metal və torpaq) və rəngə (qırmızı, qara, yaşıl, ağ və sarı) uyğun gəlir. Tsikl hər 60 ildən bir təkrarlanır və sonuncu dəfə Yaşıl Taxta Əjdaha ili 1964-cü ildə olmuşdu.

Çinlilər adətən Yeni ili və ya Bahar bayramını – Çuntszeni ailə ortamında qeyd edirlər. Evdən kənarda işləyən və ya oxuyanlar ata-anasına, doğmalarına qovuşmaq üçün qısa müddətlik dədə-baba yurdlarına gəlirlər.