Jelka Tsviyanoviç Prezident İlham Əliyevi təbrik edib

Jelka Tsviyanoviç Prezident İlham Əliyevi təbrik edib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

"Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan, vətəndaşlarınız və ölkəniz üçün faydalı işlərdə uğurlar arzulamaqdan məmnunluq duyuram.

Azərbaycan xalqının Sizə göstərdiyi etimad əvvəlki dövrdə görülən müsbət və məsuliyyətli işin, ölkənizin tərəqqisinin, sabitliyinin və firavanlığının gələcəkdə də davam etməsi istəyinin təsdiqidir.

Əminəm ki, mandatınız çərçivəsində Bosniya və Herseqovina, Serb Respublikası və Azərbaycan Respublikası arasında mehriban münasibətlər bundan sonra da dostluq şəraitində inkişaf edəcək, əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın qarşılıqlı rifahı naminə daha da yaxşı və səmərəli olacaqdır.

Zati-aliləri, Sizi seçkilərdə qələbəniz münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram"