İmişlidə çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənir

İmişlidə çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənir

İmişli şəhərində çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənir.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, İmişli şəhərinin Meliorator qəsəbəsində yerləşən 12, 13 və 14 nömrəli çoxmənzilli yaşayış binalarının dam örtüklərində müasir metal vərəqlərdən ibarət örtük materiallarından istifadə edilməklə əsaslı təmir işlərinə başlanılıb.

Ötən əsrin 50-60-cı illərində inşa olunmuş çoxmənzilli yaşayış binalarının dam örtükləri inşa olunan vaxtdan təmir-bərpa işləri aparılmaması ilə əlaqədar mənzillərin yağış sularına məruz qalması halları yaşayışçıların problemlərinə səbəb olurdu. Bu səbəbdən də sözügedən binalarda dam örtüklərinin yenilənməsi məqsədəuyğun hesab edilib.

Artıq bu problem tam olaraq aradan qaldırılır.

Qeyd edək ki, gələcəkdə İmişli şəhərinin digər ərazilərində yerləşən çoxmənzilli yaşayış binalarının dam örtüklərində də əsaslı təmir işlərinin aparılması istiqamətində müvafiq tədbirlər nəzərdə tutulub.