Türkiyənin ilk astronavtı Yerə qayıdıb

Türkiyənin ilk astronavtı Yerə qayıdıb

Türkiyənin ilk astronavtı Beynəlxalq Kosmik Stansiyasından (BKS) Yerə qayıdıb.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Alper Gezeravcının da olduğu “Dragon” kapsulu artıq okeana eniş edib.

Xatırladaq ki, 19 yanvar Türkiyə vaxtı ilə 00:49-da Alper Gezeravcının da olduğu “Dragon” kapsulu “SpaceX”ə aid “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən BKS-ə göndərilib. Ax-3 komandası BKS-də 14 gün vaxt keçirib.