FHN-in baş idarə rəisi qəfildən vəfat edib - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinin rəisi, polkovnik Elçin Mirzəxanov 55 yaşında qəfildən vəfat edib.
Bu barədə məlumatı "Birxeber" FHN-dən əldə edib.
Məlumata görə, E.Mirzəxanov gecə yatdığı yerdə ölüb.
O, Bakıda torpağa tapşırılıb.

