Ukraynanın yeni hərbi dron və robot imkanları açıqlanıb - EKSKLÜZİV

Ukraynanın yeni hərbi dron və robot imkanları açıqlanıb - EKSKLÜZİV

Ukraynada artıq 1 milyondan çox FPV-dron, eləcə də bir neçə min kilometr məsafəyə uçan yüz minlərlə pilotsuz təyyarə istehsalına imkan verən texnologiyalar yaradılıb. Bu, müharibəyə yenilik gətirmək və əvvəllər edə bilmədiyimiz zərbələri vurmaq üçün bir fürsətdir.

Bunu "Birxeber.Az"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna strateji sənayelər naziri Oleksandr Kamışin bildirib.

"Məsələn, Rusiya ərazisində istifadə etdiyimiz bütün məhsullar Ukraynada istehsal olunub. Dəniz dronları ilə təcrübəmiz göstərir ki, texnologiyalarımız Rusiyanın Qara dəniz donanmasını işğal olunmuş Krım ərazisindən rədd etməyə imkan verdi. Və bu gün onların gəmiləri nəinki başqa limanlara üz tutur, həm əsl yerləri olan dənizin dibinə köçürlər", - nazir vurğulayıb.

O, qeyd edib ki, bu gün Ukraynanın istehsal imkanları maliyyə imkanlarını xeyli üstələyir: "Və bu gün biz 200-dən çox müəssisə tərəfindən istehsal olunan uçan, yerüstü və dəniz dronların ən effektiv modellərini müəyyənləşdiririk. Bu gün Ukraynada istehsal olunan məhsulları almaq üçün çoxlu imkanlar var. Ona görə də söhbət yalnız Ukrayna silahlı qüvvələrinin həyata keçirəcəyi missiyaların səmərəliliyində, tətbiq strategiyasında olacaq. Artıq kifayət qədər istehsal imkanlarına malikik.

Robot sistemlərinin birgə istehsalına başladığımız 10-dan çox ölkə var. Məsələn, Bayraktar sistemləri istehsal edən Baykar zavodu fəaliyyətə başlayıb. Şirkətin direktoru Haluk Bayraktar bu yaxınlarda Ukraynada idi və biz onunla birlikdə istehsalın gedişatını yoxladıq. Şadam ki, zavod tikilməkdədir və Ukraynada müasir robot sistemləri yaratmaq və istehsal etmək imkanı var. Hazırda biz birgə istehsal etdiyimiz bir sıra ölkələrlə işləyirik və müxtəlif konfiqurasiyalarda belə sistemləri istehsal etməyə davam edəcəyik", - əlavə edib.