Dəməşq yaxınlığındakı hərbi aerodroma hava zərbələri endirilib

Dəməşq yaxınlığındakı hərbi aerodroma hava zərbələri endirilib

İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı “Al-Mazaa” hərbi aerodromuna zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə “Al-Arabia” məlumat yayıb.

Bildirilib ki, ölkə paytaxtı Dəməşqdə də partlayış olub. Bildirilib ki, Suriya paytaxtının cənubundakı Seyidə Zeynəb rayonuna havadan hücum edilib.

İtkilər və dağıntılar barədə məlumat hələ yayılmayıb.