Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası dəyişir

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası dəyişir

Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması qaydasına dəyişiklik edilir.

"Birxeber"un xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb.

“Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndində təsbit olunub ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir.

Bununla əlaqədar qeyd edilən tələbin sahəvi qanunlarda əks olunmasına zərurət yaranıb ki, nəticədə həmin tələbin sahəvi qanunda əks olunması onun daha işlək və tətbiqedilən olmasını təmin edəcək.

Dəyişikliklə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olmadıqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya ərizəçi tərəfindən təmin ediləcək.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Milli Məclis Milli Məclis
Azərbaycanın diplomatik nümayəndəliyinə birdəfəlik yerləşmə müavinəti ödəniləcək

Azərbaycanın diplomatik nümayəndəliyinə birdəfəlik yerləşmə müavinəti ödəniləcək

Milli Məclis Milli Məclis
Azərbaycan və Pakistan parlamentariləri əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar

Azərbaycan və Pakistan parlamentariləri əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar

Milli Məclis Milli Məclis
Milli Məclisin sədri Kambocada ASEAN PA-nın baş katibi ilə görüşüb

Milli Məclisin sədri Kambocada ASEAN PA-nın baş katibi ilə görüşüb

Milli Məclis Milli Məclis
Misir Nümayəndələr Palatasının sədri: “Heydər Əliyevin uğurlu siyasətini layiqli davamçısı İlham Əliyev davam etdirir”

Misir Nümayəndələr Palatasının sədri: “Heydər Əliyevin uğurlu siyasətini layiqli davamçısı İlham Əliyev davam etdirir”

Milli Məclis Milli Məclis
Əminə Ərdoğan zəlzələ ilə əlaqədar Azərbaycanın dəstəyini yüksək qiymətləndirib

Əminə Ərdoğan zəlzələ ilə əlaqədar Azərbaycanın dəstəyini yüksək qiymətləndirib

Milli Məclis Milli Məclis
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclis Milli Məclis
Azərbaycanlı deputatlar Türkiyədə seçkilərə hazırlıqla tanış olacaqlar

Azərbaycanlı deputatlar Türkiyədə seçkilərə hazırlıqla tanış olacaqlar

Milli Məclis Milli Məclis
Azərbaycanda fahişəliyə cəlb etməyə görə 56 fakt aşkarlanıb

Azərbaycanda fahişəliyə cəlb etməyə görə 56 fakt aşkarlanıb

Milli Məclis Milli Məclis
Sahibə Qafarova: "Ermənistan münasibətlərin normallaşması prosesini pozan hərəkətlərdən çəkinməlidir"

Sahibə Qafarova: "Ermənistan münasibətlərin normallaşması prosesini pozan hərəkətlərdən çəkinməlidir"

Milli Məclis Milli Məclis
Maksimal sürəti 50 km/saat-dan çox olan nəqliyyat vasitələri qeydiyyata alınacaq

Maksimal sürəti 50 km/saat-dan çox olan nəqliyyat vasitələri qeydiyyata alınacaq

Milli Məclis Milli Məclis
Təhsil proqramına qeyri-maddi irs nümunələrinin mənimsənilməsi ilə bağlı fənnin salınması təklif olunur

Təhsil proqramına qeyri-maddi irs nümunələrinin mənimsənilməsi ilə bağlı fənnin salınması təklif olunur

Milli Məclis Milli Məclis
Bakıda ATƏT PA və MM-in təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB

Bakıda ATƏT PA və MM-in təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB