İranda həbsdə olan Nobel mükafatçısına qarşı qadağaların müddəti uzadılıb

İranda həbsdə olan Nobel mükafatçısına qarşı qadağaların müddəti uzadılıb

İranda həbsdə olan Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin təmas və görüşlərinə tətbiq edilən məhdudiyyətlər qeyri-müəyyən müddətədək uzadılıb.

“Birxeber.Az” “radiofarda”ya istinadən xəbər verir ki, bu barədə məhkumun ailəsindən bildiriblər.

Məlumata görə, Nərgiz Məhəmmədi BMT Baş Katibi Antonio Quttereşə məktub ünvanlandıqdan sonra bu qadağa tətbiq olunub.

Ailə üzvlərinin sözlərinə görə, bu məhdudiyyət fevralın 4-də qaldırılmalı idi. Tehrandakı Evin həbsxanasının qadın bölməsi rəisinin əmrinə əsasən, Nobel mükafatçısına tətbiq olunan məhdudiyyət qeyr-müəyyən müddətədək uzadılıb.

O, Antonio Quterreşə yazdığı məktubda yazıb: “İranlı qadınlar onilliklər ərzində hakimiyyət tərəfindən hər cür cinsi və cinsi ayrı-seçkiliklə üzləşiblər”. Nərgiz Məhəmmədi İslam Respublikası hökumətinin qadınlar və kişilər arasında məhkəmələrdə qeyri-bərabər ifadə verilməsinə, qadınların miras payının kişilərlə müqayisədə az olmasına da toxunub.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisi, Azərbaycan türküdür. İranda bir sıra KİV-də işləyib.

Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Birxeber.Azyorlar" Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bundan başqa, Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

2023-cü il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.

Nərgiz Məhəmmədi 2003-cü ildə Nobel Sülh mükafatına layiq görülmüş, Güney Azərbaycan türkü Şirin İbadinin yaxın silahdaşıdır.

Güney Azərbaycandan olan hüququ müdafiəçisi ötən ay 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.