Qazaxıstan hokkey üzrə dünya çempionatını keçirmək üçün müraciət edib

Qazaxıstan hokkey üzrə dünya çempionatını keçirmək üçün müraciət edib

Qazaxıstan 2028-ci ildə keçiriləcək dünya çempionatını təşkil etmək üçün Beynəlxalq Hokkey Federasiyasına ərizə ilə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Hokkey Federasiyasının baş direktoru Qleb Karataev məlumat verib.

Qazaxıstan daha əvvəl 2027-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edib. Lakin bu turnirin təşkilatçılıq hüququ Almaniyaya verilib.

Qeyd edək ki, Qazaxıstan Hokkey Federasiyasının budəfəki müraciətinə Beynəlxalq Hokkey Federasiyasının mayın 23-dən 25-dək Praqada keçiriləcək Konqresində baxılacaq.