Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədrinin Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədrinin Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimovanın fevralın 13-də Cəlilabadda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə "Birxeber.Az"a Dövlət Xidmətindən bildirilib.

Belə ki, N.Alimova fevralın 20-də, saat 12:00-da Cəlilabadda yerləşən Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar, Yardımlı və Masallı rayonlarının sakinlərini qəbul edəcək. Qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Cəlilabad Ərazi İdarəsinə (telefon: (2524) 5-10-80, elektron ünvan: [email protected] ) fevralın 19-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.