Bəhreyn Kralı Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib

Bəhreyn Kralı Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Bəhreyn Xəbər Agentliyi (BNA) məlumat yayıb.

Məlumatda bildirilib ki, Kral Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə Azərbaycan xalqının tərəqqi və firavanlıq arzularının reallaşması istiqamətində vəzifəsində davamlı uğurlar arzulayıb.