Azərbaycanda ötən ay 56 min "ASAN İmza" sertifikatı verilib

Azərbaycanda ötən ay 56 min "ASAN İmza" sertifikatı verilib

Bu ilin yanvar ayında Azərbaycanda 32 864 müraciət üzrə 55 758 "ASAN İmza" sertifikatı verilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, ötən ay 2,1 mindən çox vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan "ASAN İmza", onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.