Azərbaycan millisi tələbələr arasında Avropa çempionatında iştirak edəcək

Azərbaycan millisi tələbələr arasında Avropa çempionatında iştirak edəcək

Azərbaycan millisi iyulda Macarıstanın Debretsen şəhərində keçiriləcək tələbələr arasında Avropa çempionatında iştirak edəcək.

Bu barədə “Birxeber.Az”a Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) İctimai Birliyinin baş katibi Lətif Novruzov məlumat verib.

Federasiya rəsmisi bildirib ki, yığmanın heyəti mayda başa çatacaq Azərbaycan Tələbə Liqasının nəticələrinə əsasən formalaşacaq: “Avropa Tələbə Futbol Federasiyası ilə əməkdaşlığımızı davam etdiririk. Avropa çempionatı üçün dəvət adətən apreldə gəlir. Biz də həmin dəvəti müsbət cavablandıracağıq. Daxili çempionatda ilk “altılıq”da çıxış edəcək komandaların oyunçularından ibarət 12-14 nəfərlik heyət qurulacaq”.

Baş katib milliyə yenə Namiq Quliyevin rəhbərlik edəcəyini söyləyib.

Qeyd edək ki, 2023-cü ildə Xorvatiyada keçirilən tələbələr arasında Avropa çempionatında Azərbaycan yığması 25 komanda arasında 5-ci yeri tutub.