Zelenski Zalujnıya Ukrayna Qəhrəmanı adı verib

Zelenski Zalujnıya Ukrayna Qəhrəmanı adı verib

Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya Ukrayna Qəhrəmanı adı verib.

Birxeber.Az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə müvafiq fərman prezidentin internet saytında dərc olunub.

Zalujnı Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində əlamətdar şəxsi xidmətlərinə, Ukrayna xalqı qarşısında fədakar xidmətinə görə bu ada layiq görülüb.

“General Valeri Zalujnıya “Qızıl Ulduz” ordeni ilə Ukrayna Qəhrəmanı adı verilsin", - fərmanda deyilir.

Xatırladaq ki, fevralın 8-də Zelenski Zalujnı ilə görüşüb və xidmətlərinə görə ona təşəkkür edib. Bundan sonra Prezident Aparatı general-polkovnik Aleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edilməsi haqqında fərman verib.

Eyni zamanda, Zelenski Zalujnıya Ukrayna hökumət komandasında olmağı təklif edib.