2026-cı ilədək 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub

2026-cı ilədək 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində peşə hazırlığı istiqaməti üzrə fəaliyyət göstərən özəl tədris müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.

Nazirlikdən Birxeber.Az-ya verilən xəbərə görə, Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı, bu istiqamətdə peşə kurslarının təşkili və ixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi əsas prioritetlərdən biridir.

Qeyd olunub ki, artıq Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Sarıcalı, Kəngərli, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarının təşkili işlərinə başlanıb. Ümumilikdə həmin ərazilərimizdə 2026-cı ilədək ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub.

Görüşdə işğaldan azad olunan ərazilərimizə köçürülən şəxslərin dayanıqlı məşğulluğunu təmin etmək və işəgötürənlərin tələblərinin qarşılanması üçün özəl tədris müəssisələri ilə birgə peşə hazırlığının təşkili, bu sahədə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.