SOCAR prezidentinin müşaviri: Zəngəzur dəhlizi iqtisadi artım və yeni iş yerlərinin açılmasına səbəb olacaq

SOCAR prezidentinin müşaviri: Zəngəzur dəhlizi iqtisadi artım və yeni iş yerlərinin açılmasına səbəb olacaq

Zəngəzur dəhlizinin açılması ilk növbədə orta və uzunmüddətli sabitlik üçün mühüm beynəlxalq amildir.

"Birxeber.Az-Economics" xəbər verir ki, bu barədə SOCAR prezidentinin müşaviri Elçin Ağakişiyev "Drilling Caspian" konfransında zamanı bildirib.

Onun sözpərinə görə, bu həm iqtisadi rifahı təmin edəcək, həm də Ermənistan üçün bir çox imkanlar yaradacaq.

"İkincisi isə Gürcüstanla birlikdə biz regional miqyasda beynəlxalq trafik üçün rəqabət apara, bu sahədə ümumi əməliyyatların həcmini artıra, münaqişələrə sülh və sabitliklə son verə bilərik", - Elçin Ağakişiyev qeyd edib.

Onun sözlərinə görə, bundan sonra iqtisadi artım və yeni iş yerləri də olacaq.