Azərbaycan Premyer Liqası: XXIII turdan təxirə salınmış matçın tarixi açıqlanıb

Azərbaycan Premyer Liqası: XXIII turdan təxirə salınmış matçın tarixi açıqlanıb

Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınmış “Qəbələ” – “Qarabağ” matçının tarixi açıqlanıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qarşılaşma fevralın 28-də, saat 19:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.

Qeyd edək ki, XXI turdan sonra "Qarabağ" 50 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 15 xal olan "Qəbələ" sonuncu - 10-cu pillədə qərarlaşıb.