Kürdəmirə içməli suyun verilişi dayandırılıb

Kürdəmirə içməli suyun verilişi dayandırılıb

Kürdəmir şəhərini içməli su ilə təmin edən Ağsu-Külüllü-Kürdəmir su xəttində qəza baş verib.

Bu barədə "Report"a Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, qəza səbəbindən şəhərə suyun verilişi dayandırılıb.

Dövlət Su Ehtiyatları Agentliyi yanında "Azərsu" ASC də sözügedən məlumatı təsdiqləyib. Bildirilib ki, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər aparılır.