Azərbaycanda keçiriləcək COP29 Misir səfiri ilə müzakirə edilib

Azərbaycanda keçiriləcək COP29 Misir səfiri ilə müzakirə edilib

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Misir səfiri ilə müzakirə edilib.

“Birxeber.Az” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, səfir Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşdə həmçinin ölkədə şəhərsalma sahəsində gerçəkləşən irimiqyaslı layihələrlə bağlı müzakirələr aparılıb, 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyətindən danışılıb, bu ilin noyabrnda Qahirədə baş tutacaq Ümumdünya Şəhərsalma Forumuna (WUF12) hazırlıq məsələlərinə toxunulub, müxtəlif istiqamətlərdə əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.