Slovakiya millisinin baş məşqçisi: "Azərbaycanla oyun haqqında pis xatirələrimiz var"

Slovakiya millisinin baş məşqçisi: "Azərbaycanla oyun haqqında pis xatirələrimiz var"

Azərbaycanla oyun haqqında pis xatirələrimiz var.

"Birxeber.Az" xəbər verir ki, bunu Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona Millətlər Liqasının 2024/2025 mövsümünün püşkünü dəyərləndirərkən deyib.

Slovakiya Futbol İttifaqının mətbuat xidmətinə danışan mütəxəssis turnirdə mümkün qədər irəliləmək istədiklərini vurğulayıb: “Güclü rəqib olan İsveçlə heç-heçə etmişdik. Onlar reytinqdə C divizionunun bütün komandalarından öndədirlər. Komandam rəhbərliyim altında Azərbaycan millisinə ilk oyunda məğlub olmuşdu. Estoniya, Azərbaycan və İsveç Avropa çempionatının seçmə mərhələsində eyni qrupda çıxış ediblər. Biz Millətlər Liqasında var gücümüzlə oynamalıyıq".

Qeyd edək ki, Slovakiya yığması C Liqasının 1-ci qrupunda Azərbaycan, Estoniya və İsveç kollektivləri ilə üz-üzə gələcək. Millətlər Liqasında 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.