Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb

Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb

Filippinin Davao-de-Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb, 110 nəfər isə itkin düşüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “GMA News” məlumat yayıb.

Bildirilib ki, dağıntılar altından 30-dan çox insan xilas edilib.

Xatırladaq ki, təbii fəlakət fevralın 6-da baş verib.