Amerikalı general: "Kiyevə əlavə silah və yardım göndərmək üçün vəsaitimiz tükənir"

Amerikalı general: "Kiyevə əlavə silah və yardım göndərmək üçün vəsaitimiz tükənir"

ABŞ-nin Kiyevə əlavə silah və yardım göndərmək üçün vəsaiti tükənir.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Milli Qvardiyasının rəhbəri general Den Hokanson deyib.

Onun sözlərinə görə, maliyyə çatışmazlığı var: “ABŞ Rusiyanın amansız bombardmanlarına baxmayaraq, Ukraynaya yeni silah partiyaları göndərə bilməyib”.

Buna baxmayaraq, general söyləyib ki, Milli Qvardiyanın ukraynalı pilotların F-16 qırıcıları ilə təlimlərini davam etdirmək üçün kifayət qədər pulu var: “Artıq başlayan təlimi davam etdirmək və bu il ilkin tranşını başa çatdırmaq üçün resurslarımız var”.