Azərbaycanda icbari tibbi və işsizlikdən sığorta haqları üzrə daxilolmalar artıb

Azərbaycanda icbari tibbi və işsizlikdən sığorta haqları üzrə daxilolmalar artıb

2024-cü ilin yanvar ayı ərzində Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 24% artaraq 13,6 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,2% artıb və 11,4 milyon manat təşkil edib.

Bu barədə “Birxeber.Az-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bu dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar ayı ilə müqayisədə 19,6% artaraq 72 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18% artıb və 56,4 milyon manat təşkil edib.