Müdafiə və Təhlükəsizlik Şurası: "Vurulan İL-76 təyyarəsində heç bir ukraynalı əsir olmayıb"

Müdafiə və Təhlükəsizlik Şurası: "Vurulan İL-76 təyyarəsində heç bir ukraynalı əsir olmayıb"

Yanvarın 24-də Belqorod vilayətində qəzaya uğrayan İL-76 təyyarəsində heç bir ukraynalı əsir olmayıb.

“Birxeber.Az” Ukrayna KİV-inə istinadən məlumat verir ki, bu barədə ölkənin Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib.

O, buna əmin olduğunu söyləyib: “Əgər belə bir hal olsaydı, ortada çoxlu cəsəd olardı və qarşı tərəf bunları göstərərdi. Amma belə olmadı. Qarşı tərəfin göstərəcək nəyisə yoxdur”.

O.Danilov əlavə edib ki, buna baxmayaraq, Rusiyada əsir saxlanılan və həmin gün dəyişdirilməli olan ukraynalı hərbçilərin hələ də sağ olub-olmaması ilə bağlı kifayət qədər məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 24-də Belqorod yaxınlığında “İL-76” hərbi-nəqliyyat təyyarəsinin vurulması nəticəsində göyərtədə olan 75 nəfərin hamısı ölüb. Təyyarədə ukraynalı hərbi əsirlərin olduğu qeyd edilib. Rusiya Prezidenti Vladimir Putin təyyarənin ABŞ-nin “Patriot” raketləri ilə vurulduğunu bildirib.