Bakı, Sumqayıt və Abşeronda pensiyalar yeni artımlarla ödənilib

Bakı, Sumqayıt və Abşeronda pensiyalar yeni artımlarla ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə fevral ayının pensiya ödənişini həyata keçirib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə verilib.

Artım bu ilin əvvəlindən tətbiq olunduğundan yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödənilib.

Gələn həftə ərzində ölkəmizin digər bölgələri üzrə fevral ayının pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya təyin olunmuş şəxslərin bu ay üzrə pensiyaları da artırılmış məbləğlə və yanvar ayının artımı da həmin məbləğə əlavə olunmaqla ödəniləcək.