Taleh Kazımov investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb

Taleh Kazımov investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb.

Birxeber.Az-Economics” xəbər verir ki, bu barədə AMB sədri “X” sosial şəbəkəsində paylaşım edib.

“Görüş zamanı ölkədaxili makroiqtisadi meyillər və monetar şərait, inflyasiya, valyuta bazarında vəziyyət, habelə iqtisadi aktivliyə həsr edilmiş təqdimat keçirildi.

Həmçinin, ötən il üzrə ölkədə kapital bazarlarının fəaliyyətinin nəticələri və onların maliyyə sistemində rolunun artırılması, maliyyə sektorunun inkişaf strategiyasından irəli gələn məsələlərə dair fikir mübadiləsi apardıq” - Taleh Kazımov paylaşımda bildirib.