İraq Kürdüstanının türkmanəsilli naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

İraq Kürdüstanının türkmanəsilli naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Qardaş Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələn və yenidən Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq.

Bunu “Birxeber.Az”a açıqlamasında İraq Kürdüstan Regionu hökumətinin Etnik Azlıqların İşləri üzrə naziri Aydın Maruf Səlim deyib.

A.Maruf Səlim bu seçki qələbəsinin Azərbaycan xalqı və türk dünyası üçün xeyirli və uğurlu olacağına ümid etdiklərini bildirib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.