ABŞ-dən olan basketbolçu Xaçmaz klubuna keçidini dəyərləndirib

ABŞ-dən olan basketbolçu Xaçmaz klubuna keçidini dəyərləndirib

ABŞ-dən olan basketbolçu Eysan Vayli Xaçmaz təmsilçisi "NTD-İndiqo"ya keçidini dəyərləndirib.

"Report" xəbər verir ki, 195 sm boya malik hücumçu bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

"NTD-İndiqo"ya keçmək barədə qərar vermək asan idi. Çempionluq uğrunda mübarizə aparmaq və karyeramı uğurlu bir istiqamətə qaytarmaq üçün unikal bir fürsət idi. Liqa haqqında çox şey bilmirdim, amma bəzi araşdırmalardan sonra hər komandadakı amerikalıların sayına diqqət yetirdim", - 25 yaşlı basketbolçu bildirib.

Eysan Vayli məqsədinin Azərbaycan Basketbol Liqasında çempionluq qazanmaq olduğunu vurğulayıb: "Titul mövsüm bitdikdən sonra hər bir oyunçu üçün imkanlar yaradır. Bundan əlavə, ağır məşqlər edib, hər gün daha güclü olmağa çalışıram".