Braziliya klubu İspaniya millisinin sabiq hücumçusunun transferini açıqlayıb

Braziliya klubu İspaniya millisinin sabiq hücumçusunun transferini açıqlayıb

Braziliyanın "Qremio" klubu İspaniya millisinin sabiq hücumçusu Dieqo Kostanın transferini açıqlayıb.

"Report" xəbər verir ki, 35 yaşlı futbolçunun son klubu "Botafoqo" ilə müqavilə müddəti yanvarın 1-də başa çatdığı üçün "Qremio"ya azad agent kimi qoşulub.

Dieqo Kosta daha əvvəl "Vulverhempton", "Atletiko Mineyro", "Atletiko", "Rayo Valyekano", "Çelsi", "Valyadolid" və "Braqa" klublarında da çıxış edib.