Albaniyanın Baş naziri Azərbaycana səfər edəcək

Albaniyanın Baş naziri Azərbaycana səfər edəcək

Albaniyanın Baş naziri Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Baş nazir Edi Rama “X” sosial şəbəkə hesabında məlumat verib.

O, tezliklə Bakıda Albaniyanın yeni səfirliyinin açılışında iştirak etməyi səbirsizliklə gözlədiyini qeyd edib.

Qeyd edək ki, Albaniyanın Nazirlər Şurası 2023-cü ilin mart ayında ölkənin xarici işlər nazirinin təklifi əsasında Azərbaycanda səfirliyin açılması ilə bağlı qərar qəbul edib.