BP: "Bu il üçün 18 quyu təhvil verməyi planlaşdırırıq"

BP: "Bu il üçün 18 quyu təhvil verməyi planlaşdırırıq"

BP fəaliyyət səviyyəsini daim artırır və keçən il 17 quyu işlənib. Bu il üçün isə 18 quyunun təhvil verilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim O'Liri (Jim O'Leary) Bakıda keçirilən "IADS Drilling Caspian" konfransında bildirib.

O deyib ki, hazırda böyük kəşfiyyat işləri aparılır: "Bütün işlərdə qabaqcıl texnologiyalardan istifadə edirik. Ancaq burada əsas məsələ odur ki, "Azəri-Çıraq-Günəşli" yatağı artıq yaşlanır. Biz problemli quyuları yenidən bərpa etməliyik. Yeni quyuların sayını artırmalıyıq. Tərəfdaşlarımızın dəstəyi var və bu dəstəyi daim saxlamaq üçün fəaliyyətimizi mükəmməl şəkildə həyata keçirməliyik".