Avropada təbii qaz 6%-dək ucuzlaşıb

Avropada təbii qaz 6%-dək ucuzlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 302 ABŞ dollarından aşağı enib.

Birxeber.Az-Economics” xəbər verir ki, 22 yanvar tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 301,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (319,8 dollar) ilə müqayisədə 5,6% azdır.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.