Qəbələ sakini ehtiyatsızlıqdan tüfənglə əlini yaralayıb

Qəbələ sakini ehtiyatsızlıqdan tüfənglə əlini yaralayıb

Qəbələ sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, Qəbələ şəhər sakini K.Seyidovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində əlindən xəsarət aldığı müəyyən edilib. K.Seyidovun idarə etdiyi avtomobildən qanunsuz olaraq saxladığı həmin tüfəng aşkar edilərək götürülüb.

Araşdırma aparılır.