Cənubi Koreyanın alıcı missiyası Azərbaycana səfər edəcək

Cənubi Koreyanın alıcı missiyası Azərbaycana səfər edəcək

Bu il martın 11-16-da Cənubi Koreyanın alıcı missiyasının Azərbaycana səfəri planlaşdırılır.

“Birxeber.Az” xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) hazırlıqlara başlayıb.

Missiya çərçivəsində iştirakçılar Bakı, Sumqayıt, Abşeron və Şəki-Zaqatala bölgələrində görüşlər keçirəcək.

Missiyanı Azərbaycan tərəfi maliyyələşdirəcək.