Ötən gün ölkə ərazisində 17 silah aşkarlanıb

Ötən gün ölkə ərazisində 17 silah aşkarlanıb

Polis əməkdaşları tərəfindən ötən gün ölkə ərazisində 17 silah aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Fevralın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 9 ədəd müxtəlif markalı tüfəng, 2 ədəd patron darağı və 74 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Ötən gün, həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tapança, 4 ədəd tüfəng, 1 patron darağı və 24 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.