Gəncədə avtomobilin vurduğu piyada müalicə aldığı xəstəxanada ölüb

Gəncədə avtomobilin vurduğu piyada müalicə aldığı xəstəxanada ölüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, yanvarın 26-da 1994-cü il təvəllüdlü Murad Bayramov idarə etdiyi "Mercedes" markalı avtomobillə N.Nərimanov prospektində piyada, 1960-cı il təvəllüdlü Çiçək Böyükağa qızı Surayyanı ehtiyatsızlıqdan vurub.

Xəsarət alan şəxs fevralın 7-də müalicə aldığı Gəncə şəhər A.Səhhət adına 1 saylı xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.