Moskvadakı güclü yanğın tam söndürülüb - YENİLƏNİB

Moskvadakı güclü yanğın tam söndürülüb - YENİLƏNİB

Yanğınsöndürənlər Moskva şəhərinin şimalında yaşayış binasının damında baş verən yanğını tamamilə söndürüblər.

“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Paytaxtın şimalında baş verən yanğın tamamilə söndürülüb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Çernyaxovski küçəsində altı mərtəbəli yaşayış binasının dam örtüyü yanıb, yanğın 4 min kv.m. ərazini əhatə edib, 400 nəfər təxliyə edilib, hələ ki, ölüm barədə məlumat yoxdur.

Yanğın təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

04:38

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Çernyaxovski küçəsində güclü yanğın başlayıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, altımərtəbəli binanın damında başlayan yanğın daha sonra geniş ərazini əhatə etməyə başlayıb.

Belə ki, yanğın beş binanın damına sirayət edib və nəticədə üç mənzil alova qərq olub.

Artıq alovun sahəsi 4 min kv.m ötüb, 400-dən çox sakin isə təxliyə edilib və 10-dan çox şəxs xəsarət alıb.

Yanğının söndürülməsinə Moskvanın yanğın-xilasetmə qarnizonunun əksər hissələri, o cümlədən ehtiyatda olan şəxsi heyət və iki helikopter cəlb olunub.