Putin: “Ukrayna Vaşinqtonun göstərişi əsasında Rusiya ilə danışıqlardan imtina edib”

Putin: “Ukrayna Vaşinqtonun göstərişi əsasında Rusiya ilə danışıqlardan imtina edib”

“Ukrayna rəhbərliyi Vaşinqtonun göstərişi əsasında Rusiya ilə danışıqlardan imtina edib.

“Birxeber.Az” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

O vurğulayıb ki, Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiyası danışıqlardan imtina edibsə, bu, yəqin ki, Vaşinqtonun göstərişi ilə edilib.

Putin ABŞ administrasiyasını səhv hesab etdikləri təqdirdə bu qərardan əl çəkməyə və heç kimi incitməyəcək başqa bir həll tapmağa çağırıb.

“Bu yanlış qərarı Kreml deyil, Ağ Ev verib, ona görə də bundan imtina etməlidirlər. Amerika hakimiyyəti öz səhvlərinə görə məsuliyyət daşıyır və bu vəziyyətdən çıxış yolu axtarmalıdırlar”.