Kiyev ABŞ şirkətini “müharibə sponsorları” siyahısına əlavə edib

Kiyev ABŞ şirkətini “müharibə sponsorları” siyahısına əlavə edib

Ukraynanın Korrupsiya iilə mübarizə üzrə Milli Agentliyi (NAPC) "beynəlxalq müharibənin sponsorları" siyahısına yeni bir şirkət əlavə edib. Bu, odadavamlı materialların istehsalçısı olan “Allied Mineral Products” şirkətidir.

APA-nın məlumatına görə, bu barədə agentliyin Telegram-kanalında məlumat verilib.

Şirkət Rusiyada fəaliyyətini davam etdirir, orada istehsal müəssisələrini saxlayır və büdcəyə yüz minlərlə dollar vergi ödəyir”, kanalda bildirilir.