Putin: “Qlobal müharibə bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq”

Putin: “Qlobal müharibə bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq”

“Rusiya Qərblə dialoqa hazırdır”.

“Birxeber.Az” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın nə Polşaya, nə Latviyaya, nə də digər bir dövlətə qarşı ərazi iddiası yoxdur:

“Qlobal müharibə sağlam düşüncəyə ziddir, bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq”.

“Rusiya Qərbə əməkdaşlıq və müttəfiqlik təklifi hesab edərək, SSRİ-nin dağılmasına könüllü razılıq verdi”, - deyən Putin bundan sonra ABŞ-ın Rusiyaya qarşı əsassız təzyiq siyasəti, o cümlədən Ukraynanı NATO-ya sürüklədiyini əlavə edib.