Spiker Baydeni yalançı adlandırıb: “Onun hərəkətləri utancvericidir”

Spiker Baydeni yalançı adlandırıb: “Onun hərəkətləri utancvericidir”

ABŞ prezidenti Cozef Bayden ölkədəki miqrant böhranından Konqreslə razılaşmalar əldə etmək üçün sövdələşmə vasitəsi kimi istifadə etdi və aylarla Amerika xalqını çaşdırdı.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson məlumat verib.

“Bir neçə aydır ki, prezident və Ağ Ev sərhəddə hərəkətə keçmək üçün yeni qanuna ehtiyacları olduğunu iddia edirlər. Bu açıq-aşkar yalan idi və onlar bunu əvvəldən bilirdilər. Onlar Amerika xalqını açıq şəkildə çaşdırdılar. İndi aydın olur ki, prezident Konqres üçün sövdələşmə vasitəsi kimi sərhədi açıq saxlayıb və aylarla bu barədə yalan danışıb”, - deyə, o bildirib.

Natiq qeyd edib ki, Amerika liderinin hərəkətləri təhlükəli olduğu qədər də utancvericidir. Conson xatırladıb ki, sərhəddə baş vermiş fəlakətlə bağlı mənəvi və hüquqi məsuliyyət dövlət başçısının üzərinə düşür.“Prezidentin qeyri-qanuni miqrasiya axınının qarşısını almaq üçün kifayət qədər səlahiyyətləri var”.